SON DƏQİQƏ: İstanbul Hava Limanında uçuşlar dayandırıldı

Güclü qar yağması səbəbindən İstanbul Hava Limanında bütün uçuşlar saat 18:00-a qədər dayandırılıb.

İstanbula yağan güclü qar uçuşları da maneə törədir.

İctimairey.az xəbər verir ki, əldə edilən məlumata görə, İstanbul Hava Limanında bütün uçuşlar saat 18:00-a qədər dayandırılır, bir çox təyyarə isə eniş zolağında eniş gözləyir.

Yerdə gözləyən təyyarələrin mühərrikləri söndürülərkən, uçuş zolağı təmizlənənə qədər əməliyyatlar dayandırılıb.

Havanın gedişindən asılı olaraq, təyyarələri digər uçuş-enmə zolaqlarına endirmək mümkün ola bilər.

İstanbulda dünəndən başlayan güclü qarın çərşənbə səhərinə qədər davam edəcəyi gözlənilir.

Comments are closed.

Tərcümə »