Qanunla qadağan edilmiş informasiyanı yayan sosial mediya istifadəçisi həbs edildi

0

KİV-lərdə yayılmış məlumatlara aydınlıq gətirmək məqsədi ilə bildiririk ki,”Facebook” sosial şəbəkəsinin “Yeniavaz.az” səhifəsində qanunla qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi Namiq Əliyev inzibati məsuliyyətə cəlb olunaraq Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs olunmuşdur.

İctimairey.az –a Baş Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumata görə, eyni zamanda, həmin informasiyanı öz internet informasiya ehtiyatından götürülməsi üçün qanunla nəzərdə tutulan tədbiri görməmiş saytın fəaliyyətinə cavabdeh olan hüquqi şəxs “Azərmedia” MMC barəsində inzibati icraat başlanılaraq Nəsimi rayon məhkəməsinə göndərilmişdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »