Kadırov: Mən Ukraynanı çoxdan almışdım

0

Çeçenistan rəhbəri Ramzan Kadırov hesab edir ki, Rusiya çoxdan Ukraynanı “almalı idi”.

“Prezidentin yerinə mən olsaydım, çoxdan Ukraynanı ələ keçirərdim, oraya qoşun göndərərdim, hər şeyi qaydasına salardım”,

İctimairey.az xəbər verir ki, bu barədə  Kadırov yanvarın 24-də İnstaqramda canlı yayımda deyib.

O, hesab edir ki, Moskva qabaqlayıcı tədbirlər görməlidir.

“Dövlətin başında dəli, korrupsionerlər dayanıb təhlükəsizliyimizi təhdid edirsə, biz susmalıyıq, yoxsa nə? Suriyada şeytanların qarşısı vaxtında alınmasaydı, hər şey Rusiyada keçəcəkdi. Eyni şəkildə, Ukraynadan hər şey bizə keçəcək, biz qabaqlayıcı tədbirlər görməliyik”, – Kadırov bildirib.

 Xatırladaq ki, Kadırov artıq ötən ilin sonunda Ukrayna ilə münasibətlər mövzusunda çıxış edib. Dekabrın 26-da keçirdiyi mətbuat konfransında prezident Vladimir Zelenski Rusiya ilə bağlı siyasətini dəyişməsə, Ukrayna “ölkəmizə birləşdirilməlidir” deyib.

“Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu, mənim fikrimdir”, – deyən Kadırov əlavə edib ki, əgər ona göstəriş verilsəydi, o, Ukrayna ilə məsələni çoxdan həll edərdi. “Lakin elə dövlət müqavilələri var ki, bu cür qərarların qəbuluna imkan vermir”, – deyə Çeçenistan lideri qeyd edib.




Leave A Reply

Your email address will not be published.

Tərcümə »