İstefa verən Armen Sarkisyan prezident aparatının rəhbərini “özü ilə aparıb”

0

Yanvarın 23-ü axşam saatlarında Ermənistan prezidenti Armen Sarkisyan könüllü istefa verməzdən əvvəl, aparat rəhbərini vəzifəsindən azad edib.

İctimairey.az xəbər verir ki, “Konstitusiyanın 139-cu maddəsinin 1-ci hissəsini, habelə Ermənistan Respublikası Əmək Məcəlləsinin 112-ci maddəsini və “Dövlət qulluğu haqqında” qanunun 9-cu maddəsinin 11-ci hissəsini əsas tutaraq, Emil Tarasyan respublika prezidentinin administrasiyası vəzifəsindən azad edilsin.,” prezidentin sərəncamında deyilir.

Armen Sarkisyan bir gün əvvəl bəyan etmişdi ki, o, dövlət başçısının səlahiyyətlərini tərk etmək qərarına gəlib. O, bu addımını xüsusilə parlament respublikasının prezidentinin daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə izah edib. Ermənistan hazırda “prezidentin sülh və müharibə məsələlərinə qarışa bilməyəcəyi, demokratiya üçün əlverişli hesab etmədiyi qanunlara veto edə bilməyəcəyi bir reallıqda yaşayır” deyib. Respublikanın yeni prezidenti parlament tərəfindən ən geci 25-dən gec olmayaraq və hazırkı prezidentin səlahiyyətləri başa çatdıqdan sonra, 35 gündən gec olmayaraq seçilə bilər. Ölkə parlamentinin spikeri Alen Simonyan Ermənistanın müvəqqəti prezidenti olub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »