Fərid Şəfiyev: Media nümayəndələri Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar

0

Media nümayəndələri beynəlxalq qurumlarla, səfirliklərlə sıx işləməli, həqiqətlərin dünyaya çatdırılmasında daha fəal olmalıdırlar.

Ictimairey.az  xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev yanvarın 24-də media nümayəndələri üçün təşkil edilmiş “Müharibədən sonrakı reallıqlar və media” mövzusunda keçirilən təlimlərin açılış mərasimində deyib.

Mərkəzin sədri diqqətə çatdırıb ki, jurnalistlər məzmun yaratmalıdırlar. Məqsəd odur ki, beynəlxalq münasibətlər çərçivəsində əlaqələr daha da inkişaf etdirilsin, Azərbaycanın səsi beynəlxalq aləmdə daha yaxşı eşidilsin. Bu mənada araşdırma xarakterli yazıların sayı artırılmalıdır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »