Sergey Netesov: Jirinovskinin COVID-19-a qarşı daimi peyvəndləri sağlamlığa zərərlidir
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin COVID-19-a qarşı davamlı peyvəndləri onun sağlamlığına ziyan vurur, o, öz üzərində qəribə təcrübə aparır.
İctimairey.az xəbər verir ki, virusoloq, Rusiya Elmlər Akademiyasının (RAS) müxbir üzvü Sergey Netesovun şərhi Telegram kanalında verilib.
O, xəbərdarlıq edib ki, heç kim Jirinovskini təkrarlamağa və səkkiz dəfə koronavirus infeksiyasına qarşı peyvənd almağa çalışmasın.
Netesov Liberal Demokrat Partiyasının sədrinin səhhətinə nəzarət edən həkimlərin işindən təəccübləndiyini etiraf edib. “Ümid edirəm ki, partiya üzvləri və tərəfdarları Jirinovskini təkrar etməyəcəklər, belə şeylər son dərəcə təhlükəli ola bilər”, – virusoloq vurğulayıb.
Bir gün əvvəl LDPR lideri koronavirusa qarşı səkkiz peyvənd aldığını söyləyibdi. O, bunu özünün böyük nailiyyəti hesab edir və bununla fəxr edir.
Xatırladaq ki, bundan əvvəl Jirinovski aktrisa Mariya Şukşinaya koronavirusdan yavaş-yavaş ölməsini arzulayıb. Liberal Demokrat Partiyasının sədri əmindir ki, Rusiyanın əməkdar artisti “iyrənc əməllər” edir və “dağıdıcı təbliğat”la məşğuldur.