Qadın günahlardan paklaşması üçün, buzlu çaya atılıb və   …

0

Rusiyada pravoslav xristianların qeyd etdiyi Epiphany festivalında donmuş çaya girən qadın suda həyatını itirib.

Yanvarın 19-da Rusiyanın Leninqrad vilayətində  Epiphany bayramı ilə əlaqədar pravoslav xristianlar Oredej çayına suya giriblər.

İctimairey.az xəbər verir ki, Tikinti şirkətində hüquqşünas işləyən 40 yaşlı qadın əri və uşaqları ilə birlikdə donmuş çaya girmək istəyib. Çayın səthindəki buz təbəqəsi qırıldıqdan sonra, soyuq suya atılan qadının buza dəydiyi görülüb.

Həmin an gözdən itən qadının yanında dayanan şəxs nəsə olduğunu görüb, qışqırmağa başlayıb. Bu zaman qadının əri də soyuq suya atılıb. Arvadını sudan çıxarmağa çalışan kişi onu suyun altında görə bilməyincə çölə çıxıb. Bu vaxt qadının uşaqları “mama” deyə qışqırmağa başlayıb.

Hadisədən sonra, çayın dərinlikliyində axtarış işlərinə başlanılıb. Hələ də çayda itən qadının cəsədinə çatmaq mümkün olmasa da, rayon prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Pravoslav xristianlar Epiphany bayramında günahlarından təmizlənəcəklərinə inanaraq donmuş göllərə və çaylara girirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »