Yapon “Fukusima-1” atom elektrik stansiyasının altındakı buz divarını saxlamaq üçün lazım olan ən azı 4 ton məhlul sızıb.
İctimairey.az xəbər verir ki, bu barədə bazar günü NHK telekanalı məlumat yayıb.
Xəbər verilib ki, ötən həftə xüsusi baklardan məhlul sızması aşkar edilib. AES mütəxəssisləri hesab edirlər ki, borulardan birinin zədələnməsi sızmaya səbəb olub və hazırda nasazlığın tapılıb aradan qaldırılması istiqamətində əməliyyat işləri aparılır.
Atom elektrik stansiyasının altında buz divarı adlanan divarın yaradılması 2016-cı ildə başa çatıb. O, perimetri boyu stansiyanı əhatə edir və reaktor binalarının altına düşən və radioaktiv maye ilə qarışan qrunt sularının axınının qarşısını alır. Buz baryerinin tikintisi 300 milyon dollara başa gəlib.
Xatırladaq ki, “Fukusima-1” AES-də qəza 2011-ci ilin martında sunaminin təsiri nəticəsində stansiyada enerji təchizatı və soyutma sistemləri sıradan çıxdığı zaman baş vermişdi. Üç enerji blokunda yanacaq yayılmış və nəticədə reaktorların qoruyucu təbəqəsi əriişdi. Bu, hidrogen partlayışları və stansiyaya bitişik ərazinin çirklənməsinə səbəb olan böyük həcmdə radioaktiv maddələrin buraxılması ilə müşayiət olundu.