Koronavirusdan özünüzü araqla qorumağı tövsiyə edən Rusiya Elmlər Akademiyasının akademiki Sergey Kolesnikov tövsiyələrini açıqlayıb.
İctimairey.az xəbər verir ki, bu barədə Beşinci Kanal məlumat yayıb.
Akademikin məsləhəti peşəkar ictimaiyyətdə tənqidlə qarşılanıb. Çoxları onun sözlərini zarafat kimi qəbul edib. Məsələn, Rusiya Təhsil Akademiyasının (RAE) vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bu cür tövsiyələrin məlumatsızlıq nümayiş etdirdiyini, Milli Tədqiqat Universiteti Ali Məktəbinin Səhiyyə İqtisadiyyatı İnstitutunun direktoru Larisa Popoviç, bu müalicə üsulunu qəribə adlandırıb.