SON XƏBƏR: Toivo Klaar tezliklə  Azərbaycana  və  Ermənistan səfər edəcək

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın vaxtlarda Cənubi Qafqaz regionuna səfər edəcək.

İctimairey.az xəbər verir ki, o, bu barədə Twitter-dəki mikrobloqunda məlumat verib və əlavə edib ki, digər avropalı diplomatlar, o cümlədən Fransanın Kipr və Ukraynadakı keçmiş səfiri İzabel Dümon onunla birlikdə bölgəyə səfər edəcək.

“Biz yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə mənalı görüşlər gözləyirik”, – Klaar yazıb.

Comments are closed.

Tərcümə »