Rusiyalı politoloq Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovinin fikrincə, Avropa Parlamentinin Qazaxıstandakı vəziyyətlə bağlı narahatlığı, Rusiyanın Qərblə kollektiv şəkildə “oynadığına” narazılıqla izah olunur.
Bundan əvvəl bildirilmişdi ki, Avropa Parlamentinin deputatları səs çoxluğu ilə, Qazaxıstandakı son iğtişaşlarla bağlı beynəlxalq araşdırmaya başlanması üçün, qətnamə qəbul ediblər.
İctimairey.az xəbər verir ki, Valeri «Свободной прессы» mənbəyinə müsahibə verib. O, bildirib ki, “İstər-istəməz ortaya sual çıxır : Nədir, Avropada artıq başqa problem yoxdur? Avropa Parlamentinin Qazaxıstanla bağlı nə işi var?”
Valeri Korovin əmindir ki, yanvarın əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar amerikalıların başlatdığı böyük oyunun nəticəsidir.
“ABŞ Qazaxıstandakı vəziyyəti təhrik etməklə, təkcə Mərkəzi Asiya respublikasındakı siyasi vəziyyəti dəyişməyə deyil, həm də Rusiyanın İranla əlaqəsini kəsməyə ümid edirdi. Onlar Qazaxıstanın dağılmasını və strateji nəzarəti altına alınmasını tez bir zamanda həll etmək qərarına gəliblər”, politoloq hesab edir.
Onun fikrincə, bu hərəkətlərə İranı qondarma “anakonda halqası”nda boğmağı davam etdirmək siyasəti səbəb olub: “Tamamilə etiraf edirəm ki, Azərbaycanda, o cümlədən Rusiyanın İrana çıxışı olan digər dövlətlərdə də analoji təxribatlar törədiləcək. Necə deyərlər, Qazaxıstan, sonra Azərbaycan, sonra hər yerdə”.
Prezident Tokayevin bu vəziyyətdə açıq-aşkar hərəkətləri Valeri Korovinin qeyd etdiyi kimi, ABŞ-ı “dağıdıb”: “Rusiya KTMT-nin digər dövlətləri ilə birlikdə müqavimət göstərərək, sülhməramlı kontingenti yeridərək və ABŞ Mərkəzi Kəşfiyyat Agentliklərinin nəzarətində olan terror təşkilatlarını dağıdıb. Ona görə də, Avropa öz “patronundan” inciyib, indi yanaqlarını şişirtməyə çalışır. Amma mən dərhal müraciət etmək istəyirəm: Bunun sizə heç dəxli yoxdur, hörmətli avropalı parlamentarilər!