ABŞ prezidenti Co Bayden dövlət başçısının andiçmə mərasiminin birinci ildönümü ilə bağlı keçirdiyi mətbuat konfransında Rusiyanı Ukraynaya təcavüz cəhdlərinə qarşı xəbərdarlıq edib.
İctimairey.az xəbər verir ki, Bayden bildirib ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə cəhd edərsə, bu, ölkəsi üçün fəlakət olacaq, çünki bu halda ABŞ və müttəfiqləri Moskvaya böyük iqtisadi ziyan vuracaqlar.
“Əgər bunun üçün hərəkət edəcəklərsə, işğal etsələr, bunun əvəzini ödəyəcəklər. Onların bankları dollarla əməliyyat apara bilməyəcək”.
Eyni zamanda Bayden dollar əməliyyatları ilə bağlı sanksiyaların Avropa ölkələrinin iqtisadiyyatına da mənfi təsir göstərəcəyini qeyd edib.
Bir müddət əvvəl ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə yeni sammit keçirməyi nəzərdən keçirdiyini bildirmişdi.
Baydenin sözlərinə görə, hazırda Kiyev özü üçün müsbət qərara ümid edə bilməz, çünki demokratik və hərbi islahatlar sahəsində daha çox iş görülməlidir.
O, həmçinin vurğulayıb ki, yeni ölkənin Alyansa qəbulu, yalnız onun üzvlərinin yekdil dəstəyi ilə baş verir.