Ermənistan xarici işlər naziri Mirzoyan: Yerevan Azərbaycanla sərhəddə deeskalasiya üçün tədbirlər hazırlayıb
İctimairey.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Azərbaycanla sərhəddə deeskalasiya tədbirləri paketini Bakı və Moskvaya təhvil verdiyini təsdiqləyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ilə bağlı təklifləri olan erməni həmkarı ilə danışdığını bildirib. O, ermənilərin təkliflərini Bakıya çatdıracağına söz verib.
“Bəli, Ermənistan tərəfi sərhəd zonasında vəziyyətin deeskalasiyası, gərginliyin azaldılması, təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üçün, tədbirlər paketi hazırlayıb. Hazırlanmış paketi həm Rusiya tərəfinə, həm də Rusiya tərəfi vasitəsilə Azərbaycana təhvil verdik. Biz cavab gözləyirik”, – Mirzoyan parlamentdə deyib.
Onun sözlərinə görə, təkliflər qoşunların çıxarılması və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı erməni tərəfinin güzgü kimi mövqeyini əks etdirir.
2020-ci il sentyabrın sonunda, Dağlıq Qarabağda uzunmüddətli münaqişənin davamına çevrilmiş və mülki əhali arasında itkilərə səbəb olan hərbi əməliyyatlar yenidən başlayıb. Tərəflər atəşkəs bağlamaq üçün, bir neçə dəfə cəhd ediblər, lakin noyabrın 10-na keçən gecə əldə olunan üçtərəfli razılaşma uğurlu olub. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan öz mövqelərində qalaraq atəşi tamamilə dayandırmağa, əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinə razılaşıblar. Bundan başqa, Kəlbəcər və Laçın rayonları, eləcə də müharibələrarası dövrdə tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarətində olan Ağdam rayonunun bir hissəsi Bakının nəzrətinə keçdi. Rusiya sülhməramlıları bölgədə, o cümlədən Laçın dəhlizində yerləşdirilib.