Yaponiyada sunami təhlükəsi səbəbindən 210 mindən çox insan təxliyə edilib

0

Yaponiyada sunami təhlükəsi səbəbindən yerli hakimiyyət orqanları ən azı 210 min insanı təxliyə etmək əmri verib.

İctimairey.az xəbər verir ki, bu barədə yanvarın 16-da Kyodo agentliyi məlumat yayıb.

Müvafiq göstəriş şimal-şərq Aomori, İvate və Miyaqi prefekturalarının, Çibanın şərqində, Koçinin qərbində, həmçinin Miyazaki və Kaqosimanın cənub-qərbində yerləşən bir sıra ərazilərin sakinlərinə şamil edilir. Bu prefekturalar Sakit okean sahillərində yerləşir.

Bundan əlavə, təyyarələrin mümkün təhlükə zonasında eniş və ya qalxması üzrə 27 daxili reys ləğv edilib.

Yaponiya Milli Meteorologiya İdarəsi Tonqa Krallığında Hunqa-Tonqa-Hunqa-Haapai sualtı vulkanının püskürməsi ilə əlaqədar şənbədən bazara keçən gecə sunami təhlükəsi barədə məlumat yayıb. Onun sözlərinə görə, vəziyyətin sürətli dəyişməsi riski yaxın 24 saat ərzində də davam edə bilər. Yaponiyanın müxtəlif yerlərində sahillərdə hündürlüyü 1,2 metrə çatan dalğalar qeydə alınıb, hündürlüyü 3 metrə çatan sunami gözlənilir.

Fırtına nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »