Ukrayna Milli Qvardiyası Donbassda Azərbaycandan olan iki qeyri-qanuni mühaciri saxlayıb

0

Ukrayna Milli Qvardiyası Azərbaycandan olan iki qeyri-qanuni mühaciri Donbassdakı postda saxlayıb.

Ukrayna Milli Qvardiyası Donbassda demarkasiya xətti yaxınlığında iki Azərbaycan vətəndaşını saxlayıb.

İctimairey.az xəbər verir ki, bu barədə bazar günü ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Luqansk vilayətində, demarkasiya xəttindən bir kilometr məsafədə yerləşən müşahidə məntəqəsində MQ döyüşçüləri iki Azərbaycan vətəndaşını saxlayıblar. Milli Qvardiya yoxlama apardıqdan sonra müəyyən edib ki, onlardan birinin qalma müddəti yanvarın 10-da başa çatıb, digəri isə səbəbsiz olaraq Ukrayna ərazisində olub. Həmçinin məlum olub ki, həmin şəxslər əvvəllər məhkumluq həyatı yaşayıblar”, – nazirliyin saytında yayılan məlumatda deyilir.

Qeyd olunur ki, hazırda saxlanılan şəxslərin qanunu pozma səbəblərinin müəyyən edilməsi üçün, Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına təhvil verilib.

 24 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »