Paşinyan rejimi nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır.
İctimairey.az xəbər verir ki, Bunu Ermənistandakı daxili siyasi bvəziyyətlə bağlı sualına cavab olaraq, respublikanın birinci prezidenti Levon Ter-Petrosyan deyib.
O, xüsusilə aşağıdakı məqamları vurğulayıbdı:
-
Paşinyan rejimi vasitələr arasında fərq qoymadan nəyin bahasına olursa-olsun hakimiyyəti saxlamağa çalışır.
-
Köçəryan və Sarkisyanın rəhbərlik etdiyi müxalifət daxili ziddiyyətlərə baxmayaraq, həm də vasitələr arasında fərq qoymur, nəyin bahasına olursa-olsun hakimiyyəti ələ keçirməyə çalışır.
-
Müvafiq olaraq, hər üç düşərgədə dövlət maraqları barədə tam məlumatsızlıq var ki, bunun qaçılmaz nəticəsi millətimizi təhlükəyə atacaq yeni fəlakətlərdir.
-
Çıxış yolu axtarmaq yalnız münaqişə tərəflərinin və ziyalıların üzərinə düşür.
-
Hal-hazırda cəmiyyətin müxtəlif təbəqələrinin vəziyyətə təsir rıçaqları yoxdur. Siyasi, elm və informasiya sahəsində fəal oyunçular demək olar ki, bütünlüklə adı çəkilən üç düşərgənin maraqlarına xidmət edir.