Almatı hakimiyyəti etirazlar zamanı meyitxanalardan 41 meyid  oğurlandığını bildirib

0

Polis idarəsinin rəisi Əl Kanat Taimerdenov bildirib ki, şəhərin bələdiyyə morqlarına naməlum şəxslər hücum edib, onlar Qazaxıstanda 41 ölü iğtişaşçının cəsədini aparıblar.

İctimairey.az Vlast.kz portalına istinadən xəbər verir.

Taimerdenovun sözlərinə görə, naməlum şəxslər morqlara yeddi dəfə hücum həyata keçirib. Ölüləri və yaralıları özləri ilə aparıblar.

“Hücumlar silah və döyüş üsullarını mükəmməl bilən peşəkar təlim keçmiş insanlar tərəfindən həyata keçirilib”, – polis rəisi bildirib.

Taimerdenov ölənlərin cəsədlərinin hələ də morqlarda olub-olmadığını dəqiqləşdirməyib

Leave A Reply

Your email address will not be published.

Tərcümə »