ABŞ və Yaponiya sahildə yaşayan insanlara təcili uzaqlqşmağa xəbərdarlıq edib. Çünki, Sakit Okeanın cənubunda vulkan püskürməsindən yaranan sunami dalğaları okeanın o tayından Sakit okeanla irəliləməkdədir.
Sunami xəbərdarlığı o deməkdir ki, güclü cərəyanlar və hündür dalğalar gözlənilir.
Ehtiyat tədbiri olaraq, insanların dənizdən uzaqlaşması tövsiyə olunur.
Hunqa Tonqa-Hunga Haapai vulkanının püskürməsinin səsi Sakit okeanın cənubunda və hətta ABŞ-da da eşidilib.
Paytaxtı püskürmədən cəmi 65 kilometr cənubda olan Tonqanın bir çox bölgəsində elektrik, telefon xətləri və internet xidmətlərində demək olar ki, tamamilə kəsilmələr yaşanır. Hər hansı xəsarət və ya zərərin miqyası bəlli deyil.
Tonqa Geoloji Xidmətinin məlumatına görə, vulkandan çıxan qaz, tüstü və kül 20 km hündürlüyə çatıb.
İlkin səkkiz dəqiqəlik püskürmə o qədər şiddətli olub ki, paytaxt Suvadakı səlahiyyətlilərə görə, 500 mildən çox uzaqlıqdakı Ficidə “gurultulu ildırım səsləri” kimi eşidilib.
Fici hökuməti sunami xəbərdarlığı edib və sahilyanı ərazilərdə təxliyə mərkəzləri açıb. Sakit okeanın başqa bir ada ölkəsi olan Vanuatu da oxşar xəbərdarlıq edib.
Oklend Universitetinin vulkanşünası professor Şeyn Kronin bildirib ki, püskürmə Tonqada son 30 ildə ən böyük püskürmələrdən biridir.
“Bu, olduqca böyük hadisədir – ən azı son on ildə ən əhəmiyyətli püskürmələrdən biridir” – o, BBC-yə müsahibəsində bildirib.
“Bunun ən diqqət çəkəni onun nə qədər sürətlə və şiddətlə yayılmasıdır. Daha böyük, daha geniş bir ərazini əhatə edir və daha çox kül püskürür. Tonqaya çox kül yağacağını gözləyirəm”.
Avstraliya hökumətinin sözçüsü bildirib ki, baş nazir və xarici işlər naziri vəziyyəti izləyir və sorğu əsasında dəstək verməyə hazırdır.
Avstraliya və Tasmaniyanın şərq sahillərinin bəzi hissələri üçün də, sunami xəbərdarlığı edilib.
Tonqadan 2300 kilometrdən çox uzaq məsafədə yerləşən Yeni Zelandiyada Milli Fövqəladə Hallar İdarəsi, Şimal adasının şimal və şərq sahillərindəki sahil bölgələrinin “güclü və qeyri-adi axın və ağlasığmaz dalğalar” yaşaya biləcəyini söyləyib.
Yerli sinoptik Weather Watch püskürmə haqqında tvit edib: “Enerjinin sərbəst tullantısı heyrətamizdir” və əlavə edib: “Bütün Yeni Zelandiyada gurultulu səs zərbələrini insanlar eşidir.”