Koronavirus peyvənd olunmayan insanlarda mutasiya edir

0

Peyvənd olunmayan insanlar koronavirusun mutasiyalarının həyata keçirildiyi mənbədir.

İctimairey.az bildirir ki, AZƏRTAC “RBK” agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə Baş mütəxəssisi Vladimir Çulanov peyvənd olunmayan insanların bütün cəmiyyət üçün təhlükəsinin dərəcəsi barədə danışarkən deyib. Koronavirus onların orqanizmində nəzarətsiz yayılır, heç bir müqavimətlə qarşılaşmır, mutasiya və təkamül etməyə qadirdir. Hər bir yeni mutasiya əvvəlcə “delta” ştamı, indi isə “omikron” ştamı ilə baş verdiyi kimi əhəmiyyətli dərəcədə daha yoluxucu ştamın peyda olunmasına gətirə bilər.

“Omikron” ştamı “delta” ilə müqayisədə 70 dəfə daha yoluxucudur. İlkin müşahidələr göstərir ki, “omikron” ştamının bir daşıyıcısı ətrafında olan 100-ə yaxın insanı bu virusla yoluxdura bilər. “Omikron” ştamının çox vaxt koronavirusun ən ağır versiyasına səbəb olmamasına baxmayaraq, əvvəlki ştamdan fərqli olaraq, yoluxma hallarında artım mütləq şəkildə xəstəxanaya yerləşdirilmə və ölüm hallarında da artıma gətirəcək.

V.Çulanov hesab edir ki, məhz buna görə bütün bəşəriyyət səylərini insanların peyvənd olunmasına cəmləməlidir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »