Britaniya kəşfiyyatı: Ukraynada müharibə bir-iki günə baş verə bilər

0

ABŞ və Britaniya kəşfiyyatı Rusiyanın “bir neçə gündən sonra, Ukraynaya hücum edəcəyini” elan edərkən, ölkəyə girmək üçün bəhanə olaraq, öz qoşunlarına hücum edə biləcəklərini irəli sürüblər.

İngiltərə İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud Rusiya ilə Ukrayna arasında yaşanan gərginliklə bağlı mühüm açıqlamalar verib.

Ukraynada müharibənin “qaçılmaz” olduğunu bildirən Elvud bir neçə gün sonra, Rusiyanın işğalını gözlədiklərini söyləyib.

Britaniya kəşfiyyat mənbələri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya girməyə haqq qazandırmaq üçün, öz qüvvələrinə gizli hücuma keçə biləcəyini irəli sürüb.

Britaniya İcmalar Palatasının müdafiə komitəsinin sədri Tobias Ellvud açıqlamasında deyib: “Qorxuram ki, Rusiya qüvvələrinin işğalı qaçılmazdır. Və biz buna imkan veririk. Prezident Putini işğal barədə iki dəfə düşünmək üçün, Ukraynaya kifayət qədər hərbi texnika və şəxsi heyət yerləşdirmək imkanımız var idi, lakin bunu edə bilmədik”.

“Yalnız prezident Putin gələn həftə nə edəcəyini bilir, gələn həftə çox önəmli görünür” deyə Ellvood bildirib.

Elvood Putinin özünü küncə sıxışdırdığına görə, “NATO onun təhdidlərinə boyun əyməkdən imtina etdikdən sonra, görünür, yalnız bir seçimi qalır” deyib.

Dünən Rusiya Müdafiə Nazirliyinin yaydığı görüntülərdə Moskvanın uzaq məsafəyə yerləşdirmə təlimi üçün qatarlara yüklənmiş zirehli texnika və digər hərbi texnika əks olunub. “Bu, yəqin ki, Ukraynaya doğru hərəkət edən bölmələri ört-basdır edir”, – amerikalı hərbi analitik Rob Li deyib.

Son günlər artıq sərhəddə olan qoşunlarla birlikdə bölgəyə daha çox Rusiya təyyarəsinin gəldiyi, bölgədə hərbi hospitalın qurulduğu bildirilib. Bu vəziyyətin quru hücumunun göstəricisi olduğu iddia edilib.

Digər tərəfdən, dünən Ukraynada hökuməti ələ keçirən kiber hücumlar baş verdi. Ukrayna hökuməti kiberhücumlara görə Moskvanı günahlandırıb.

ABŞ Rusiyanın Ukraynanı qarışdırmaq üçün, təxribat edəcəyinə dair kəşfiyyat məlumatlarına malik olduğunu bildirib. ABŞ mümkün “yalançı bayraq” əməliyyatı barədə xəbərdarlıq etsə də, o, Rusiyanın Ukraynanı işğal etmək üçün, bəhanə olaraq öz qoşunlarına hücum edəcəyini iddia edib.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »