SON XƏBƏR; Nur-Sultan dünya xəritəsindən silinəcək

0

Nazarbayevin irsi qazaxıstanlılar üçün dəyərini itirib

Qazaxıstan respublikanın paytaxtı Nur-Sultan şəhərinin, keçmiş adı Astananın geri qaytarılması üçün, imza toplamağa başlayıb.

İctimairey.az bildirir ki, bu barədə Qazaxıstan Teleqraf Agentliyi  müvafiq petisiyanı internetdə yayıb.

Müraciət müəllifləri 2019-cu ildə paytaxtın adının dəyişdirilməsi ilə bağlı qərarın “sosial şəbəkələrdə və sadə insanların həyatında mənfi qarşılandığını” və sakinlərin gündəlik həyatda şəhərin keçmiş adından istifadə etdiyini əsas gətirirlər.

“Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq” petisiyanın təşəbbüskarları prezident, hökumət və parlamentdən Astananın adının paytaxta qaytarılmasını xahiş edirlər.

Bununla belə, söhbət təkcə bununla bağlı deyil. Müraciətdə həmçinin keçmiş prezidentin adını daşıyan Qazaxıstanın “dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” bütün küçələrin başqa adla əvəzlənməsi tələbi də yer alır. Məsələn, Alma-Atadakı Nazarbayev prospektinin Respublika prospekti adlandırılması təklif edilir.

Müraciət yanvarın 11-də dərc olunub. Cümə günü saat 15:00-a qədər 75,000-dən çox insan onu imzalayıb.

Başqa bir sual da odur ki, sənəd lazımi sayda imza toplasa belə, ölkə hakimiyyəti belə bir addım atacaqmı? Qazaxıstanda Nazarbayevin “şəxsiyyət kultu”na qarşı mübarizə başlayacaqmı?

Xatırladaq ki, Astananın adı 2019-cu ilin martında Nazarbayevin prezidentlikdən istefa verməsindən sonra, Nur-Sultan adlandırılmışdı. Və bundan bir neçə il əvvəl ona xalqın lideri – Elbası statusu verilmişdi. Nazarbayev istefa verdikdən sonra, Konstitusiya Şurasına üzvlüyünü və “Nur Otan” (Vətən İşığı) partiyasının lideri postunu saxlayıb.

Bundan əlavə, respublikada baş verən son faciəli hadisələrə qədər Nursultan Abişeviç Qazaxıstan Təhlükəsizlik Şurasının sədri olub. Bu vəzifə ona ömürlük verilmişdi. Lakin ölkədə başlayan etirazlar fonunda prezident Qasım-Jomart Tokayev yanvarın 5-dən  Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini açıqlayıb.

Eyni zamanda, Elbasy 28 dekabr 2021-ci il tarixindən sonra ictimaiyyət qarşısına çıxmayıb və bir açıqlama da verməyibdi.

Cümə axşamı, yanvarın 13-də etirazları ilk dəfə ilk prezidentin kiçik qızı Aliyə şərh edib, Britaniya mətbuatının məlumatına görə, o, London və Dubayda təyyarə və mənzil almaqla Qazaxıstandan 300 milyon dollar çıxarıb. O, hadisəni “hər kəs üçün amansız dərs” adlandırıb, həmçinin həlak olanların ailələrinə başsağlığı verib və atasına dəstək sözlərinə görə həmyerlilərinə təşəkkür edib.

Ancaq bu, Nazarbayevin özünün taleyinə aydınlıq gətirməyib…

Qazaxıstanda işləyən moskvalı jurnalist Viktor Şatskix vəziyyəti şərh edərək bildirib;

Bu gözlənilirdi. Paytaxtın və prospektlərin adının dəyişdirilməsi məni təəccübləndirmir. Amma hakimiyyət tələbi fəal şəkildə dəstəkləsə və bütün bunlar yaxın gələcəkdə baş verməyə başlasa, bu, mövcud olan şəxsiyyətə pərəstişlə ən heyrətamiz mübarizə olacaq. Çünki Stalinin şəxsiyyət pərəstişinə qarşı mübarizə onun ölümündən üç il sonra, 1956-cı ildə başlayıb. Brejnev, Andropov, Çernenko adına şəhər və prospektlərin adının dəyişdirilməsi də, bir neçə ildən sonra başlayıb. Və burada Elbasinin özünün harada olduğu da bəlli deyil.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »