Araşdırma: Tək yaşayan kişilər daha çox xəstələnir

0

Danimarkada 4835 nəfər üzərində aparılan yeni araşdırma, tək yaşayan kişilərin mikroblara daha çox yoluxduğunu göstərib. Araşdırmanın müəlliflərindən biri, Kopenhagen Universitetindən Dr. Karolina Davidsen bildirib ki, “Qadınlarda belə bir hala rast gəlmədik”

Tək

Danimarkada aparılan yeni bir araşdırmaya görə, subay kişilərin yoluxma ehtimalı daha yüksəkdir.

Copenhagen Aqinq və Midlife Biobank-dan 4835 adamın qan nümunələri yoxlanılaraq, aparılan araşdırma British Medical Journal-da dərc edilib və qadınların xəstəliyi ilə tək yaşamaq arasında heç bir əlaqənin olmadığı bildirilib.

Tək

Sorğuda iştirak edənlərin orta yaşı 54,5 olsa da, iştirakçılar yaşlandıqca tək yaşadıqları illərin təsirində olduqları bildirilir.

Kopenhagen Universitetinin İctimai Səhiyyə Departamentinin tədqiqatçısı və tədqiqatın müəllifi Dr. Karolina Davidsen, “Müəyyən çaşqınlıq yaradan amillərə uyğunlaşdıqdan sonra, biz ayrılıqlar və ya yalqız keçən illərilə, yalnız kişilər üçün iltihab arasında əhəmiyyətli bir əlaqə tapdıq” deyə bildirilir. “Qadınlarda belə bir hal tapmadıq”.

Tədqiqatçılar qeyd ediblər ki, nəşr olunan araşdırmada həm təklik illərinə, həm də ayrılıqların sayına baxılıb, çünki mühüm münasibətlərin sonu çox vaxt tək qalmaq dövrləri ilə müşayiət olunur.
Briqham və Qadın Xəstəxanasında ürək-damar tibb mütəxəssisi Dr. Peter Libby deyir ki, tənhalıq hissi ilə sağlamlığa mənfi təsirlər arasında əlaqə var.
Libby bu araşdırmanın mütəxəssislərin sinir sistemi ilə ürək xəstəliklərinin əsas səbəbkarı olan infeksiya arasında gördükləri əlaqənin güclü olduğunu deqeyd edir.
Araşdırmaya qatılan qadınların tək yaşamaq, ayrılıq və ya iltihablanma arasında güclü bir əlaqənin olmadığını ifadə edən Dr. Karolina Davidsen Davidsen qeyd edib ki, bu, qadınların kişilərə nisbətən tədqiqatda iştirakının daha az olmasının nəticəsi də ola bilər.

BƏZİ TEKLƏR DAHA SAĞLAMDIR

Yerusəlim İvrit Universitetinin dosenti Elyakim Kislev bəzi subay insanların daha sağlam olduğunu deyir.
Kislev subaylıq meylləri və bəzi subayları sevindirən şeylərin təhlilinin bir hissəsi kimi, ABŞ və Avropanın məlumat bazalarını, o cümlədən ABŞ Siyahıyaalma Bürosu və Avropa Sosial Tədqiqatını təhlil edib.

Kislev 30-dan çox ölkədəki münasibətlərə dair araşdırmasında xoşbəxt subaylarla bədbəxt subaylar arasındakı əsas fərqlərin, çox vaxt onların daxili qəbulu və ya subaylıqdan şikayət etmələri ilə bağlı olduğunu müəyyən edib.
Bəzi subayların səyahət etmək və ya yeni hobbi tapmaq kimi həyəcan verici təcrübələr yaşayaraq, xoşbəxt olduqlarını söyləyən Kislev, “özlərini təzələmək” və “bu anlarda özlərinə fokuslanaraq güc toplamaq” üçün, vaxtlarını tək keçirmək istəyində olduqlarını deyir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »