Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ukrayna-Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri Rüstəm Umerov ilə danışıqlar aparıb.
Mustafa Şentop iki ölkə arasında iqtisadi əlaqələrin lazımı səviyyədə olmadığını deyib:
“2021-ci ilin sonunda Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsi 7,3 milyard dollara çatıb. Bu rəqəm qarşılıqlı əlaqənin real potensialını əks etdirmir və biz ildə 10 milyard dollar hədəfə çatdıra bilərik”.
İctimairey.az xəbər verir ki, görüş zamanı TBMM-in (Türkiyə Böyük Millət Məclis) spikeri Ukrayna ilə bağlı siyasi münaqişələri şərh edib:
“Türkiyə Ukraynadakı problemlərin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır. Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimiz sarsılmazdır… Türkiyə Krımın qanunsuz zəbtini tanımır və tanımayacq. Biz həmçinin Ukrayna Ali Radası tərəfindən Krım tatarları üçün, yerli xalq statusunun tanınmasını vacib addım hesab edirik”.
Şentop həmçinin 1915-1923-cü illərdə Osmanlı İmperiyasında erməni soyqırımının tanınmasına dair sənədin Ukrayna Ali Radasının baxılmasının geri götürülməsindən də məmnunluğunu bildirib:
“Biz bu cür suallarla əlaqələrimizi ləkələməməliyik. Əminəm ki, bu, kiçik bir qrup insanın təşəbbüsüdür. Ukrayna hakimiyyəti əvvəldən bu məsələdə prinsipial və balanslı mövqedən çıxış edib. Ümid edirik ki, bu, belə davam edəcək”.
Bundan əlavə, TBMM-in spikeri Ukraynanın Fətullah Gülənin təhsil müəssisələrini Türkiyə Təhsil Fondunun yurisdiksiyasına verəcəyinə ümid etdiyini bildirib.