Alvrtsyan: Ötən il Azərbaycandan Ermənistana 111 milyon dollar köçürülüb

0

Ötən il Azərbaycandan Ermənistana 111 milyon dollar daxil olub. Bunu yanvarın 11-də jurnalistlərlə görüşündə ermənioloq Haykazun Alvrtsyan deyib.

İctimairey.az xəbər verir ki, bu barədə NEWS.am məlumat yayıb. Məlumatda deyilir:  “Bu pulu kim alıb? Hansı ünvanlara gəliblər? Niyə onlar haqqında xalqa məlumat verilmir? Bu suallara cavablar yaxın vaxtlarda hazırkı hakimiyyətin nümayəndələrinə qarşı təşkil olunacaq məhkəmədə veriləcək”. Haykazun Alvrtsyan deyib.

Alvrtsyan əlavə edib ki, düşmənlərimizlə əməkdaşlıq edən Ermənistan hakimiyyəti Artsaxı vurmalı idi, bunu da etdilər.

“Bu, təbiidir, çünki erməni xalqının gücü ondadır. 30 ildir ki, düşmənimiz Artsaxa qarşı, bizim gücümüzə qarşı vuruşur”, – deyə o vurğulayıb və insanları vəziyyət daha da pisləşənə qədər hakimiyyətə qarşı çıxmağa çağırıb.

“Ziyalıların nümayəndələri də öz sözünü desin, susmasın”, – deyən ermənişünas bu gün dünyasını dəyişən, birinci Qarabağ müharibəsinin ilk günlərindən hadisələrin qızğınlığında olan şair Razmik Davoyanın itkisini misal çəkib.

O, həmçinin “keçmiş”in tabeliyində olan quldurları da xatırladıb ki, onlar indi yeni hökümətin çuxurunda məskunlaşıblar.

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »