Qazaxıstan prezidenti ölkədə dövlət çevrilişinə cəhd olduğunu bəyan etdi

0

Qazaxıstan prezidenti Tokayev ölkədə etiraz aksiyaları və iğtişaşları dövlət çevrilişinə cəhd adlandırıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikada yanvarın 2-də başlayan etiraz aksiyaları və iğtişaşları dövlət çevrilişinə cəhd adlandırıb.

İctimairey.az bildirir ki, “Bax” platformasının yayımladığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar iclasında dövlət başçısı belə bəyanatla çıxış edib.

Tokayevin sözlərinə görə, terrorçuların əsas məqsədi respublikada konstitusiya quruluşunu pozmaq, hakimiyyəti ələ keçirmək və dövlət çevrilişinə cəhd etmək olub. Bunun üçün yaraqlılar Qazaxıstan prezidentinin dediyi kimi, ölkədə xaos yaratmaq istəyiblər.

Bundan əlavə, respublika başçısı ölkəyə qarşı təcavüzdə terrorçuların, o cümlədən xaricilərin bilavasitə iştirak etdiyini, iğtişaşların bir mərkəzdən əlaqələndirildiyini vurğulayıb.

 24 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »