İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər fasiləsiz həyata keçirilir.
İctimairey.az –a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlayıblar.
Aşkar olunan 2 pulemyot, 2 ədəd “Faqot” və 1 ədəd “Kornet” tipli tank əleyhinə idarə olunan raket kompleksi, 4 qumbara, 3 avtomat sandığı, müxtəlif növ 18 mərmi və 317 patron aidiyyəti üzrə təhvil verilib.