Blinken Putinin Sovet İttifaqını bərpa etmək istəməsindən şübhələnir

0

ABŞ dövlət katibi Entoni Blinken hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etmək niyyətindədir.

“Düşünürəm ki, belədir, bu, prezident Putinin məqsədlərindən biridir. Bu isə, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsinin bərpası deməkdir”, – deyə o, CNN telekanalının efirində bildirib və əlavə edib ki, bu məqsədi qəbuledilməz hesab edir.

İctimairey.az qeyd edir ki, Blinken bildirmişdi ki, Vaşinqton Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün, niyə KTMT-dən kömək istəmək qərarına gəldiyinə aydınlıq gətirməsini tələb edir.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »