Odlu silah və oğurlanmış əmlakı daşıyan 300-ə yaxın şəxs avtomobillə və piyada yolla dövlət sərhədini keçməyə cəhd göstərib.
İctimairey.az xəbər verir ki, bu barədə Qazaxıstanın daxili işlər naziri Erlan Turqumbayev məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar edilmiş əşyalar, o cümlədən mobil telefonlar, həm yerli, həm də xarici valyutada külli miqdarda pul götürüblər.
Turqumbayevin qeyd etdiyi kimi, yanvarın 6 və 7-də Taraz və Taldıkorqan şəhərlərində silahlı şəxslər dəfələrlə, xüsusilə təhlükəli cinayətkarların saxlandığı istintaq təcridxanalarını ələ keçirməyə cəhd ediblər. Bununla belə, bütün hücumlar polis tərəfindən dəf edilib.
Qeyd edək ki, sabah, 10 yanvar tarixində Qazaxıstan prezidenti respublikada Ümumxalq hüzn günü elan edib.
Xatırladaq ki, bundan əvvəl ölkədə baş vermiş iğtişaşlar zamanı 4 000 mindən çox etirazçı saxlanılmışdı.