İctimairey.az xəbər verir ki, rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, hər hektardan orta məhsuldarlıq 257,49 sentner təşkil edib. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilib.
Qeyd edək ki, şəkər çuğunduru Ağcabədi rayon sakinlərinin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindəndir. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.