Vardevanyan: KTMT mexanizmlərinin tətbiqi ilə bağlı Ermənistan rəsmilərinin hərəkətlərini səbirsizliklə gözləyirəm

0

İctimairey.az xəbər verir ki, Ermənistan deputatları KTMT mexanizmlərinin – Qazaxıstan variantını – ölkədə işə salınmasını tələb edən məqalələrlə çıxış etməyə başlayıb.

Amma onlar unudur ki, Qarabağ Azərbaycanın qədim tarixi bölgələrindən biridir.  Qarabağın dağlıq hissəsində və onun ətrafında alovlanan erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1993-cü il aprel ayının 30-da 822 nömrəli, 1993-cü il iyul ayının 29-da 853 nömrəli, 1993-cü ilin oktyabr ayının 14-də 874 nömrəli və həmin ilin noyabr ayının 12-də 884 nömrəli qətnamələrini qəbul etdi. Bütün bu qətnamələrin hamısında erməni hərbi qüvvələrinin işğal olunmuş əraziləri tərk etməsi tələb olunub.

 Ermənistan mediyasında bu barədə dərc olunan məqalənin birini  diqqətinizə çatdırırıq.

“Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı təcavüzünün, suveren ərazimizin işğalının hələ də davam etdiyini nəzərə alaraq, KTMT mexanizmlərinin tətbiqi ilə bağlı həmin ER rəsmilərinin hərəkətlərini (bəyanatlarını) gözləyirəm”. Bu barədə “Ermənistan” blokunun deputatı Aram Vardevanyan öz Facebook səhifəsində yazıb.

O, xüsusilə qeyd edib:

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 dekabr 2021-ci il tarixli rəsmi bəyanatında deyilir: “Bu ilin may ayından etibarən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ermənistan Respublikasının suveren ərazisinə qanunsuz müdaxilə edərək 40- kvadrat kilometrdən çox ərazini işğal edib”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Müqaviləsinin 4-cü maddəsi (KTMT Nizamnaməsi ilə qarışdırılmamalıdır) aşağıdakıları müəyyən edir: təşkilatın üzvü olan dövlətə hər hansı dövlət və ya bir qrup şəxs tərəfindən silahlı basqın edildikdə ölkələr, bu, Müqavilənin iştirakçısı olan bütün dövlətlərə qarşı təcavüz kimi qiymətləndiriləcəkdir. Həmin maddənin ikinci bəndində bu məsələ ilə bağlı üzv ölkənin BƏYANATI “gözlənilir”.

Nikol Paşinyanın əvvəlki açıqlamaları göstərir ki, Ermənistan 4-cü maddə əsasında ƏRİZƏ VERMƏYİB, lakin Ermənistan və bu hökumətin “KTMT mexanizmlərini işə salması” bəyanatı ilə bağlı faktiki olaraq yeni bir vəziyyət yaranıb. Odur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı təcavüzü, suveren ərazilərimizin işğalı hələ də davam etdiyini nəzərə alaraq, KTMT mexanizmlərinin tətbiqi ilə bağlı həmin ER rəsmilərinin hərəkətlərini (bəyanatlarını) gözləyirəm. Bu qanuni gözləntidə müstəsna ictimai tələb var”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »