ŞOK XƏBƏR: Naməlum şəxslər Ermənistan və Belarusun Moskvadakı səfirliklərinin partladılacağı barədə məlumat veriblər
Naməlum hücumçular Ermənistan və Belarusun Moskvadakı səfirliklərində partlayış təhlükəsi elan edərək qoşunların Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər.
İctimairey.az xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Dünən məlum oldu ki, Ermənistan və Belarus səfirliklərinin elektron poçtuna partlayış təhlükəsi ilə bağlı məktub göndərilib. Naməlum şəxslər ölkənin qoşunlarını Qazaxıstan ərazisindən çıxarılmasını tələb ediblər”, – deyə agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, binalara baxış keçirilib, heç bir partlayıcı qurğu və ya partlayıcı maddə aşkar edilməyib.