Ağcabədidə bir qrup şəxs qəbiristanlıqda dağıntılar törədib.
İctimairey.az xəbər verir ki, hadisə dekabrın 31-də rayonun Qaravəlli kəndində qeydə alınıb. Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumat verilib. Bildirilib ki, bir qrup kənd sakini bayram süfrəsində yeyib-içdikdən sonra maşınla qəbiristanlığa gedərək, sərxoş vəziyyətdə dağıntılar törədiblər.
Ağcabədi rayonu, Qaravəlli kəndindəki qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verilməsi barədə kənd sakinlərinin şikayəti əsasında rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.
Müəyyən edilib ki, dekabrın 31-i saat 23:35-də bir neçə kənd sakini spirtli içkilərin təsiri altında qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verib. Hadisə zamanı qəbir daşlarına ziyan dəyməyib və qəbirlərə qarşı təhqiredici hərəkətlərə yol verilməyib.
Regional qrupdan bildirilib ki, həmin şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə yönləndirilib.