TƏLƏBƏLƏRİN DİQQƏTİNƏ: Xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun vaxtı açıqlanıb

2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir”.

Təhsil Nazirliyinin Mətbuat Xidmətindən İctimairey.az-a  verilən məlumata görə, 2022-ci il ərzində həyata keçiriləcək I sənəd qəbulu fevral – aprel, II sənəd qəbulu iyul – sentyabr aylarında olacaq.

Proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.

Comments are closed.

Tərcümə »