Jurnalist Muratxan Bazarbayev Almatıda iğtişaşlar zamanı dünyasını dəyişib.
İctimairey.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Almatı” telekanalı məlumat yayıb.
Jurnalist və həmkarları şəhərin mərkəzində atəşə tutulub. Həkimlər onu xilas edə bilməyiblər.
“Terrorçuların cinayət əməlləri nəticəsində Muratxan Bazarbayev xidməti vəzifəsini yerinə yetirərkən həyatını ağır xəsarətlər aldığına görə itiribıb”, – mənbə bildirib.
Qazaxıstan ərazisində terror təhlükəsinin “kritik qırmızı” səviyyəsinin tətbiq edildiyi bildirilir.
Bundan əlavə, Moskva və Yekaterinburqda hüquq-mühafizə orqanları Qazaxıstanda etiraz aksiyalarına dəstək verən, 14 nəfəri saxlayıb. İnsanlar təkbaşına piketlərə çıxıblar.