Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən İctimairey.az-a bildiriblər ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb