Patriarx Kirill qadınların uşaq dünyaya gətirməkdən imtina etməsini, bəşəriyyətin sonu ilə əlaqələndirib
Rus Pravoslav Kilsəsinin rəhbərinin fikrincə, qadınların “doğuş aparatları” ilə əvəzlənməsi, Allahın dünya və insanla bağlı planı ilə bir araya sığmır və bu insan ağlının sonu demək olacaq.
Qadınları nəslin davamçısı kimi, hansısa “süni bətn”lə əvəz etmək İlahi gücə qarşı şeytani bir cəhd olacaq və “bəşər tarixinin sonuna” gətirib çıxaracaq.
İctimairey.az xəbər verir ki, bunu “Rossiya 1” telekanalına müsahibəsində Moskva və Bütün Rusiyanın Patriarxı Kirill deyib.
“Əgər bu baş versə – Allah eləməsin, əlbəttə! – onda dünya, insan, insan şəxsiyyəti özünün ən əsas ölçülərini itirəcək”, – deyə patriarx Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun birinci müavini Andrey Kondraşovun Rus Pravoslav Kilsəsinin rəhbəri qadınların doğuşunu dayandırdığı bir dünyanın mümkünlüyü barədə nə düşünür sualını cavablandırıb.
“Doğumun sirri nədir? Birincisi, bu sevginin sirridir ki, iki insanın məhəbbəti, Allah kəlamında deyildiyi kimi, bir bədəndə, bir ruhda birləşərək, digərinin həyat mənbəyinə çevrilir. Bəs, bütün bunları mexanizmlə, maşınla əvəz etmək nə demək? Bu nə vaxtsa baş versə belə, bu, ağıllı insanın sonu demək olacaq, bu, müəyyən mənada bəşər sivilizasiyasının sonu demək olacaq, çünki bu, insan vasitəsilə şeytani bir şeydir – İlahi gücə şeytancasına cəhddir ” deyə patriarx izah etib.
Onun fikrincə, bu, Allahın dünya və insanla bağlı planı ilə bir araya sığmaz və bəşər tarixinin sonuna doğru bir addım olardı.
“Rəbb bizi bu dəhşətli perspektivə yaxınlaşmaqdan saxlasın!” – Rus Pravoslav Kilsəsinin rəhbəri əlavə edib.