Məlumatına görə, Qazaxıstanda 3 mindən çox insan saxlanılıb, 26 silahlı cinayətkar öldürülüb, daha 18 nəfər yaralanıb. Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər xəbərdarlıq etmişdi ki, silahı yerə qoymaq tələblərinə müqavimət göstərən iğtişaşçılar öldürüləcək.
Bələdiyyələrin bütün binaları və polis bölmələri nəzarət altındadır.
Qeyd etdiyimiz kimi, Qazaxıstanda avtomobillər üçün yanacaq kimi istifadə olunan maye qazın qiymətinin iki dəfə artması ilə qarışıqlıq başladı. Bundan narazı olan neft hasil edən Manqistau vilayətində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri aksiyalara çıxıblar. Respublika Energetika Nazirliyi izah edib ki, yanvarın 1-dən elektron birja ticarətində qazın dəyəri tələb və təklif əsasında formalaşmağa başlayıb.