Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb

Biləsuvarda şəhidin abidəsinin qarşısından gül dibçəkləri oğurlanıb.

İctimairey.az-a  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda bildirilir.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinə ötən il dekabrın 29-da Aşağı Cürəli kəndi ərazisində 2-ci Qarabağ müharibəsi şəhidi Cavid Mahmudovun xatirəsinə tikilmiş abidənin qarşısından 4 ədəd gül dibçəyinin oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Əsgərabad kənd sakini Z.İbrahimli müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

Comments are closed.

Tərcümə »