Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad olunan ərazilərdə ötən il aşkarladığı minaların sayı açıqlanıb.
Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, ötən il 6 000 ha ərazinin təmizlənmə öhdəliyi qarşısında minaaxtaranlar 6 201 ha ərazini mina və partlamamış hərbi sursatlardan (PHS) təmizləyərək aidiyyəti üzrə təhvil verib.
Nəticədə, 4 880 ədəd piyada əleyhinə mina, 2 335 ədəd tank əleyhinə mina və 11 205 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.
Agentlik sədri deyib ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib.