Polisin meyidi başı kəsilmiş halda tapılıb
Qazaxıstan prezidenti bir müddət əvvəl hökumət əleyhinə mitinqlər zamanı güclənən bandaların xaricdə təlim keçdiyini bildirmişdi.
Sosial şəbəkə istifadəçiləri yazır ki, Almatıdakı etirazçılara xüsusi olaraq silah gətirilir və bu prosesi əks etdirən video yayımlanır.
“Twitter”də yayımlanan görüntülərdə avtomobilin etirazçılar kütləsinə doğru irəliləməsi və tələsik insanların onun yük yerindən silah çıxarması görünür. Videonun təsviri aksiyanın Almatıda baş verdiyini göstərir.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumət əleyhinə mitinqlər zamanı güclənən bandaların xaricdə təlim keçdiyini və ölkədə baş verənləri dövlətin bütövlüyünə zərbə vurmaq və vətəndaşlara qarşı hücum adlandırdığını bildirib.
“Alma-Ata komendantlığının saat 13:00-ün məlumatına görə, 353 asayiş keşikçisi terrorçuların əli ilə yaralanıb, 12 asayiş keşikçisi öldürülüb. Onlardan birinin meyiti başı kəsilmiş halda tapılıb”, – deyə telekanal efirdə bildirib.
Səlahiyyətlilər sonuncunu şəhərə hücum edən “quldur birləşmələrinin terrorçu və ekstremist xarakterli olmasının” birbaşa sübutu hesab edirlər.