Almaniya hökuməti müsəlman qəbiristanlığında baş daşlarını sındıranları pisləyib

0

         Qəbiristanlıqlara hörmətsizlik edənlər islamofoblar və ksenofoblardır – Frank Şvabe

Sosial Demokrat Bundestaqın üzvü Frank Şvabe İzerlondakı müsəlman qəbiristanlığına hücumu pisləyib.

    “İslam Almaniyaya məxsusdur. Biz xoşbəxtik ki, müsəlmanlar təkcə sağlığında deyil, öldükdən sonra da ölkəmizin bir parçasıdırlar. Qəbiristanlığa hörmət etməyənlər islamofoblar və ksenofoblardır. Biz bununla birlikdə qarşı-qarşıya gəlməliyik”, – deyə əvvəllər Almaniya Federativ Respublikası hökuməti yanında dini etiqad azadlığına riayət olunmasına məsul təyin edilmiş deputat Twitter-də yazıb.

Yeni vəzifəyə təyinatı şərh edən Şvabe qeyd edib ki, istənilən dinə və dünyagörüşünə mənsub olmaq, bir çox insanlar üçün onların şəxsiyyətinin ayrılmaz hissəsidir və müxtəlif xalqların nümayəndələrini birləşdirir.

“Vicdan və etiqad azadlığına qoyulan məhdudiyyətlər qorxulu “intibah” dövrünü yaşayır. Biz bununla razılaşa bilmərik. Bütün dinc dini liderlər və qruplar öz etiqadlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər”, – deyə deputat yazıb və şəxsən bu istiqamətdə səy göstərəcəyini vəd edib.

Qeyd edək ki, Yeni il gecəsi İzerlon şəhərində (Şimali Reyn-Vestfaliya) naməlum şəxs və ya naməlum şəxslər türklərin və müsəlmanların məzar daşlarını sındıraraq, müsəlman qəbiristanlığına ziyan vurub.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »