Türkiyənin Pegasus aviaşirkəti Ermənistanın Aviasiya Komitəsinə müraciət edib

0

Bildirilir ki, Pegasus Hava Yolları paytaxt İrəvana uçuş icazəsi almaq üçün, Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. Aviaşirkətin müraciəti qiymətləndirilir.

Ermənistanın İnkişaf və İnfrastruktur Nazirliyinin sözçüsü Sona Arutyunyan Sputnik xəbər agentliyinə bildirib ki, “Türkiyənin Pegasus aviaşirkəti fevral ayından etibarən həftədə iki uçuş həyata keçirmək üçün müraciət edib. Hazırda Ermənistan Mülki Aviasiya Komitəsi bu müraciəti qiymətləndirir. Hələlik heç bir qərar verilməyib”, – deyə o bildirib.

“Pegasus”un müraciətinin İstanbul-İrəvan istiqamətində, yoxsa Ankara-İrəvan istiqamətində uçuşlar üçün olması barədə məlumat verilməyib.

İctimairey.az xatırladır ki,  Ermənistanın “Flyone Armenia” aviaşirkəti həftədə üç dəfə Yerevan-İstanbul reyslərini yerinə yetirmək üçün, ölkənin Mülki Aviasiya Komitəsindən icazə almışdı.

Ermənistan və Türkiyədəki aviaşirkətlərin qarşılıqlı uçuş icazəsi müraciətləri iki ölkə arasında yeni normallaşma prosesi üçün, addımların atıldığı dövrə təsadüf edir.

Münasibətlərdə normallaşma prosesi 2020-ci ilin sonunda, Ermənistan silahlı qüvvələrinin Qarabağın yeddi rayonundan çıxarılması və şiddətli münaqişələrdən sonra, bu rayonların Azərbaycana qaytarılması ilə müşayiət olunur.

Beynəlxalq hüquqa görə, Azərbaycan ərazisi olan Qarabağa erməni əsgərlərinin daxil olmasından sonra, Türkiyə 1993-cü ildə Ermənistanla bütün sərhədlərini bağlayıb. Həmin müddətdən sonra, iki ölkə arasında münasibətlərin normallaşması üçün, müəyyən cəhdlər edilsə də, bunlar heç bir nəticə verməyib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »