SOS-SOS:Alma-Atada prokurorluq və administrasiyanın binaları yanır(VİDEO)

0

Alma-Atada prokurorluq və administrasiyanın binası yanır. İlkin məlumata görə, atəşi etirazçılar başlayıb. Təcili yardım saytından görüntülər İnternetdə görünüb.

 

Binaların üzərində qara tüstüdən ibarət qalın buludlar görünür.
Bundan əvvəl bir neçə min insan yerli administrasiya binasına basqın edib. Pəncərələri, qapıları sındırıblar. Birinci mərtəbədəki otaqlardan birində yanğın başlayıb. Hadisə yerində atışma da eşidilib. Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Alma-Ata

Dünən Qazaxıstanın iri şəhərlərində yanacağın bahalaşması fonunda vəziyyət pisləşib. Vətəndaşlar respublika prezidentinin hökumətin istefaya göndərilməsi, benzin və qazın qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi barədə qərarına baxmayaraq, iğtişaşlar yaratmaqda davam edirlər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »