İxtişaşlar getdikcı dərinləşir: Etirazçılar Almatı aeroportunu ələ keçirib

0

Etirazçılar Qazaxıstanın ən böyük hava limanını ələ keçiriblər. Bundan sonra aviaşirkətlər Almatıya uçuşları ləğv etməyə başlayıb.

İctimairey.az hava limanının mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayişçilər Almatı hava limanını ələ keçiriblər.

İlkin məlumatlara görə, hava limanında 45-ə yaxın etirazçı var. Onların gəlişi ilə heyət hava limanını tərk edib. Terminalda sərnişin olmayıb, onlar əvvəlcədən təxliyə edilib.

“Onları 11-ci qapıdan çıxardılar. Elə bu vaxt təyyarə gəldi. Hərbçilər də hava limanını tərk etdilər, amma nə vaxt getdiklərini bilmirik. Onlar indi yoxdurlar. Hava limanının əməkdaşları sərnişinləri özləri təxliyyə ediblər”, – deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Almatı hava limanı Qazaxıstanın ən böyük hava limanıdır. Məlumatına görə, Antalyadan gələn təyyarə Alma-Ata yerinə Çimkəndə eniş edib.

Kostanaydan uçuş da gecikib, təyyarə eniş etməyib. “Air Astana”nın Almatıdan Aktau və Nur-Sultana reysləri ləğv edilib. Bir neçə saat əvvəl “Air Astana” öz Facebook səhifəsində “Qazaxıstandakı mövcud vəziyyətlə əlaqədar” əvvəlcədən hava limanına getməyi və rəsmi internet saytında uçuşun vəziyyətini yoxlamağı xahiş edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »