Etirazçılar Qazaxıstanın Alma-Ata şəhərinin akimliyinin binasına soxulublar

0

Qazaxıstanın Alma-Ata şəhərində etirazçılar akimliyin (yerli administrasiya) binasına soxulublar.

İctimairey.az xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Nəşrin müxbirinin verdiyi məlumata görə, içəridə polis əməkdaşları var. Təhlükəsizlik qüvvələri və etirazçılar işıqsaçan qumbaralardan istifadə edirlər. Etirazçıların qalxan və dəyənəklərlə özlərini müdafiə etdiyi dəqiqləşir. Kütlənin daha bir hissəsi Qazaxıstan prezidentinin köhnə iqamətgahına daxil olmağa çalışır.

Bundan əvvəl bildirilmişdi ki, yanvarın 5-də səhər saatlarında Qazaxıstanın başqa bir şəhərində – Aktobedə etirazçılar akimliyin binasını ələ keçiriblər.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanda yanacağın bahalaşmasına etirazlar başlayıb, yanvarın 4-də isə Alma-Atanın Respublika meydanında etirazçılar təhlükəsizlik qüvvələri ilə toqquşub. Hüquq-mühafizəçiləri etirazları dağıtmaq üçün, gözyaşardıcı qaz və səs-küylü qumbaralardan istifadə ediblər. Alma-Atada və Mangistau vilayətində yanvarın 19-dək fövqəladə vəziyyət tətbiq edilib, fövqəladə vəziyyət dövründə saat 23.00-dan 7.00-a qədər komendant saatı elan edilib.

  Etirazların fonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublika hökumətini istefaya göndərib, həmçinin mayeləşdirilmiş qaz, benzin, dizel yanacağı və sosial əhəmiyyətli məhsulların qiymətlərinin 180 gün müddətinə dövlət tənzimlənməsini tətbiq etməyi tapşırıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »