“ANADOLU EFES” :  Türkiyənin ən böyük pivə istehsalçısının adı ilə Azərbaycanda şirkət yaradılıb

0

Türkiyənin ən böyük pivə istehsalçısı “Anadolu Efes” şirkətinin adı ilə Azərbaycanda şirkət yaradılıb.

Dövlət Vergi Xidməti “Anadolu Efes Biracılık ve Malt Sanayii” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.

Şirkətin qanuni təmsilçisi Nəbiyev Cavid Nizami oğludur. Şirkətin hüquqi ünvanı Bakı, Nizami rayonu, İlham Məmmədov ev 2 m 56-dır.

“Anadolu Efes Biracılık ve Malt Sanayii A.Ş” pivə və alkoqolsuz içkilər istehsal edir.

“Anadolu Efes” 1969-cu ildə İstanbul və İzmirdə qurulan iki pivə zavodu ilə fəaliyyətə başlayıb. “Anadolu Efes” qısa zamanda Türkiyənin ən böyük pivə istehsalçısı olub. 2012-ci ildə  şirkət “SAB Miller” ilə strateji tərəfdaşlıq qurmuşdur. 2016-cı ildə “SAB Miller”in dünyanın ən böyük pivə istehsalçısı “Anheuser-Busch InBev” (AB InBev) tərəfindən satın alınması ilə “Anadolu Efes”in 24%-lik payı “AB InBev”ə keçib.

“Anadolu Efes” beynəlxalq pivə əməliyyatlarını Hollandiyada qurulan 100% törəmə şirkəti “Efes Breweries International N.V.” ilə həyata keçirir. Şirkət həm Türkiyədə və həm də beynəlxalq bazarlarda “Coca-Cola” əməliyyatlarını həyata keçirən “Coca-Cola İçecek A.Ş”nin (“CCI”) əsas səhmdarıdır.

Avropanın 5-ci, istehsal həcminə görə isə dünyanın 10-cu pivə şirkəti olan “Anadolu Efes”, satış gəlirlərinin üçdə ikisindən çoxunu xarici bazarlardan əldə edir.

Qeyd edək ki, İsmayıllıda “Coca-Cola” və “Efes” məhsulları istehsal edəcək zavod tikiləcək.

 

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »