Qazaxıstan prezidenti qazın qiymət artımına etiraz edən aksiya iştirakçılarına məsuliyyətli olmağa çağırıb

0

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev maye qazın bahalaşması ilə bağlı etirazların keçirildiyi Aktauda dövlət başçısının administrasiyasının əməkdaşlarının daxil olduğu Hökumət Komissiyasının işə başladığını bildirib.

İctimairey.az xəbər verir ki, bu barədə Tokayev öz Twitter hesabında yazıb. Həmçinin qeyd edib ki, Respublika Operativ Qərargahı davamlı olaraq fəaliyyət göstərir.

O bildirib ki, Komissiya ölkədə sabitliyin təmin edilməsi maraqları naminə, problemin hər iki tərəf üçün məqbul həllini tapmalıdır. Tokayev əlavə edib ki, asayişin pozulması hallarının qarşısını almaq üçün, hüquq-mühafizə orqanlarına göstəriş verilib. Bundan əlavə, prezident nümayişçiləri məsuliyyət və dialoqa hazır olmağa çağırıb.

Şahidlərin sözlərinə görə, Almatıda qaz qiymətləri ilə bağlı regional etirazlar fonunda mərkəzi meydan bağlanıb, ərazidə mobil internet fasilələrlə işləyir.

Regionda dövlət başçısının tapşırığı ilə Mangistau vilayətinin sosial-iqtisadi vəziyyətini nəzərdən keçirmək üçün maye qazın qiymətinin tənzimlənməsi üçün tədbirlər paketi vəd edən hökumət komissiyası yaradılıb.

Öz növbəsində yanacaqdoldurma məntəqələrinin sahiblərinə qarşı qiymətlərin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalara başlanılıb. Bununla yanaşı, hökumət qazın 1 litrinin qiymətinin 120 təngədən 85-90 təngəyə endirilməsi ilə bağlı artıq qərarın verildiyini bildirir. Rəsmilər “ictimai qaydanın pozulması ilə bağlı hadisələrə hüquqi qiymət verilməsi üçün tədbirlər” də açıqlayıblar.

Xatırladaq ki, yanvarın 2-dən başlayaraq, Janaozen şəhərində (Manqistau vilayətində) yerli sakinlər yanacağın qiymətinin aşağı salınması ilə bağlı müraciətlə kütləvi şəkildə küçələrə çıxıblar. Onların sözlərinə görə, yanvarın 1-dən maye qazın bir litrinin qiyməti 120 təngəyə (0,27 dollar) qalxıb, etirazçılar onu 60 təngəyə (0,13 dollar) endirməyi tələb ediblər. Hazırda aksiyalar davam edir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə Janaozendəki vəziyyəti “hüquqi müstəvidə iqtisadi mümkünlüyü nəzərə alaraq” təcili təhlil etməyi tapşırıb.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »