Rusiya və Türkiyə prezidentləri təhlükəsizlik zəmanətləri ilə bağlı RF təkliflərini müzakirə ediblər

0

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı təhlükəsizlik zəmanətləri ilə bağlı Rusiyanın təkliflərini müzakirə ediblər.

İctimairey.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

  “Beynəlxalq mövzulara da toxunulub, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə təminat verən hüquqi cəhətdən rəsmiləşdirilmiş sazişlərin hazırlanması, Zaqafqaziyadakı vəziyyət, Suriya və Liviya nizamlanması məsələlərinə dair məlum təkliflər müzakirə olunub”.

Bundan əlavə, iki ölkənin liderləri Moskva ilə Ankara arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə dair qarşılıqlı niyyətlərini təsdiqləyiblər.

“Yeni il münasibətilə təbrik mübadiləsindən sonra, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrini yekunlaşdırıb və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığı daha da intensivləşdirməyə sadiq olduqlarını təsdiqləyiblər”, – Kremlin mətbuat xidməti əlavə edib.

Yada salaq ki, dekabrın 17-də Rusiya ABŞ-la müqavilə layihəsini və NATO-ya üzv dövlətlərlə sazişlərin layihəsini dərc edib, o cümlədən Avropada qarşılıqlı təhlükəsizlik təminatlarına dair müddəalar da müqavilədə öz əksini tapıb. Xüsusilə sənədlərdə deyilir ki, Rusiya alyansı NATO-nun genişlənməməsi ilə bağlı öhdəlikləri qəbul etməyə, o cümlədən Ukraynanın üzvlüyünü istisna etməyə çağırırb.

Daha sonra Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO-nun Şərqə doğru potensial genişlənməsinə Rusiyanın cavabı fərqli ola bilər. Rusiya liderinin sözlərinə görə, konkret qərar rusiyalı hərbi ekspertlərin təkliflərindən asılı olacaq.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »