Yunanıstanda Kutaisi oğru diasporunun liderlərindən biri, kriminal aləmdə daha çox Şotiko kimi tanınan Şota Tevdoradze güllələnib.
İctimairey.az xəbər verir ki, bu barədə “Prime Crime” məlumat yayıb.
Agentliyin məlumatına görə, qətl Afinada bazar günü, yanvarın 2-nə keçən gecə baş verib. 41 yaşlı Tevdoradze oğlunun gözü qarşısında başından güllə yarası alıb.
Qanuni oğrunun öldürülməsinin mümkün motivi, onun Qeqa Modebadzenin oğru statusu ilə bağlı Vaja Biqanişvili (Vaja Tbilisski) ilə fikir ayrılığıdır.