İnquşetiyada Rusiyanın Müdafiə naziri müavinnin evi Yeni il ərəfəsində atəşə tutulub

0

İnquşetiyada naməlum şəxslər respublikanın keçmiş rəhbərinin qardaşı və Rusiya müdafiə nazirinin hazırkı müavini Yunus-Bek Yevkurovun evini atəşə tutublar.

İctimairey.az  “İnterfaks” –a istinadən xəbər verir ki, hadisə yanvarın 1-nə keçən gecə baş verib.

“Hadisə nəticəsində itki yoxdur, hadisə yerində əməliyyat-istintaq qrupu işləyir”, – məlumatda deyilir.

Qeyd olunur ki, İnquşetiyanın keçmiş rəhbərinin qardaşının evi Sunjenski rayonunun Troitskoye kəndində yerləşir. Atəş zamanı ailə orada olmayıb.

   İlkin məlumatlara görə, naməlum şəxslər odlu silahdan 8 dəfə atəş açıb, güllələrdən biri pəncərəyə dəyib, qalanlarının izləri evin kərpic hörmələrində aşkar edilib. Eyni zamanda, atışma  atəşfəşanlıq zamanı başladığından, odlu silahların səsi eşidilməz olub. Baş verənləri görən ailə hüquq-mühafizə orqanlarının əməkdaşlarını hadisə yerinə çağırıb.

Hazırda polis hücum edənləri axtarışa verib, onların şəxsiyyəti hələ müəyyən edilməyib. Onların hadisə yerindən minik avtomobili ilə qaçdıqları ehtimal edilir. Hələlik cinayətin motivi məlum deyil

Leave A Reply

Your email address will not be published.

Tərcümə »